DÜNYA


Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başlayıb

Bakı, 19 yanvar, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlərin keçirilməsi planlaşdırılır.

Konfransda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak edir.

Qeyd edək ki, konfransdan əvvəl Türkiyə ilə Rusiya prezidentləri arasında görüş baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.