QAN YADDAŞI


Berlində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi konfrans təşkil olunub

Berlin, 24 fevral, AZƏRTAC

Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Türk-Azərbaycan Birliyinin (Türkisch-Aserbaidschanische Verienigung in Deutschland - TAVD) təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Elvin Əliyev, Türkiyənin Berlindəki Baş konsulu Rıfkı Olgun Yücekök, Almaniya Bundestaqının sabiq üzvü Hakkı Keskin və Almaniyadakı müxtəlif elmi dairələrin nümayəndələri iştirak ediblər.

TAVD-nin İdarə Heyətinin sədri Kəmalə İsmayılovanın moderatorluğu ilə keçirilmiş tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılıb, həmin faciədə qətlə yetirilmiş insanların xatirəsi anılıb, həmçinin Xocalı hadisələrinə beynəlxalq siyasi institutlar və məhkəmələr tərəfindən hüquqi müstəvidə ədalətli qiymətin verilməsinin vacibliyi qeyd olunub.

Bununla yanaşı, tədbirdə çıxış edən natiqlər Türkiyə və Azərbaycan diaspor təşkilatları arasındakı əməkdaşlığın son illər daha da genişlənməsindən, Xocalı soyqırımının alman auditoriyasına tanıdılması işində Almaniyadakı türk icmasının göstərdiyi dəstəkdən, eləcə də qarşılıqlı maraq doğuran məsələlərlə bağlı həyata keçirilən birgə layihələrdən bəhs ediblər.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.