İDMAN


Berlində başlayan atletika üzrə Avropa çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Berlində atletika üzrə Avropa çempionatı start götürüb. Ayın 12-dək davam edəcək çempionatda Azərbaycan üç idmançı ilə təmsil olunacaq.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılardan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edəcəklər. Atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, baş katibi Məhərrəm Sultanzadə də Berlinə səfər edəcəklər. Azərbaycan nümayəndə heyəti çempionat çərçivəsində Avropa Atletika Assosiasiyasının və Beynəlxalq Atletika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirəcək.

Çempionatın üçtəkanla tullanma və çəkicatma yarışlarının təsnifat mərhələləri avqustun 10-da, final isə 12-də təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.