MƏDƏNİYYƏT


Berlində beynəlxalq film festivalı başlayır

Bakı, 7 fevral, AZƏRTAC

Bu gündən Almaniyada “Berlinale” kimi tanınan və dünyanın ən nüfuzlu festivallarından olan 69-cu Berlin Beynəlxalq Film Festivalı başlayır.

AZƏRTAC xəbər verir ki, festivalın əsas proqramına 25 ölkədən 23 film daxildir.

Fevralın 17-dək davam edəcək festivalın münsiflər heyətinin prezidenti, fransalı aktrisa Jülyett Binoşdur. Münsiflər heyətinin tərkibinə kinotənqidçi Castin Çan, almaniyalı aktrisa Sandra Hüller, Nyu-York Müasir İncəsənət Muzeyinin kino bölməsinin baş kuratoru Racendra Roy daxildir.

Qeyd edək ki, 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən tədbirlərindən biri olan “Berlinale” festivalı çərçivəsində fevralın 9-dan 14-dək reallaşacaq “Berlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz də təmsil olunacaq. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün müxtəlif ölkələrdən olan ərizəçilər arasından seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.