SİYASƏT
Berlində “dondurulmuş münaqişələr” mövzusunda müzakirələr keçirilmişdir
Berlin, 27 iyun (AZƏRTAC). Alman-Azərbaycan Gənclər Assosiasiyasının dəstəyi ilə azərbaycanlı və gürcüstanlı gənclər Almaniyanın Beynəlxalq Parlament Təqaüdü Proqramı çərçivəsində postsovet ölkələri ərazilərində mövcud olan dondurulmuş münaqişələrlə bağlı müzakirələr təşkil etmişlər.
Bundestaqda keçirilmiş tədbirdə Azərbaycandan, Gürcüstandan, Moldovadan və Rusiyadan məruzəçilər çıxış etmişlər. Müzakirələrdə Almaniyada yaşayan azərbaycanlı gənclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat vermişlər. Müzakirələrə Ermənistan tərəfindən nümayəndələr dəvət olunsalar da, onlar tədbirdə iştirakdan imtina etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]