ELM VƏ TƏHSİL


Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub

Berlin, 25 iyun, AZƏRTAC

Berlin Beynəlxalq Məktəbi tərəfindən “Beynəlxalq gün” təşkil edilib. Tədbirdə 22 ölkə, o cümlədən səfirliyimizin dəstəyi ilə Azərbaycan təmsil olunub.

Azərbaycanlı məktəblilər tərəfindən qurulan stenddə ölkəmizin mədəniyyətinə, incəsənətinə və turizm imkanlarına dair materiallar nümayiş olunub və paylanılıb, ziyarətçilərə milli mətbəx nümunələrimiz təqdim edilib.

Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar baş çəkib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.