DÜNYA


Bernar Arno “Forbes” reytinqində Ceff Bezosu qabaqlayıb

Bakı, 2 avqust, AZƏRTAC

Forbes jurnalının versiyasına görə, LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun 72 yaşlı Baş direktoru Bernar Arno dünyanın ən varlı insanları reytinqində ilk pilləyə yüksəlib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, reytinq ərəfəsində keçirilən hərracın nəticələrinə əsasən, Bernar Arnonun varidatı 2,5 milyard dollar və ya 1,28 faiz artaraq 194,9 milyard dollara çatıb. O, reytinqdə hazırda sərvəti 192,4 milyard dollar həcmində qiymətləndirilən “Amazon” kompaniyasının qurucusu 57 yaşlı Ceff Bezosu qabaqlayıb.

Siyahının üçüncü pilləsində qərarlaşan “SpaceX” kompaniyasının həmtəsisçisi və “Tesla” korporasiyasının Baş direktoru İlon Mask 179,4 milyard dollarlıq sərvətə malikdir. Dünyanın ən varlı insanları reytinqinin ilk beşliyinə, həmçinin “Microsoft” kompaniyasının həmtəsisçisi Bill Qeyts (131,6 milyard dollar) və “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberq (128,2 milyard dollar) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.