İDMAN


Berni Ekklstoun Formula 1 Azərbaycan Qran-Prisinə gedəcəyini deyib

Bakı, 11 aprel, AZƏRTAC

Mən Formula 1 yürüşlərinin translyasiyasına Londonda baxacağam. Çin Qran-Prisinə getmək istəyirdim, amma sonra fikrimi dəyişdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 çempionatı menecmentinin sabiq rəhbəri Berni Ekklstoun jurnalistlərə müsahibəsində deyib. O əlavə edib ki, bir ay əvvəl zəhərlənib və hələ də sağlamlığı tam bərpa olunmayıb. Bu səbəbdən səyahət edə bilmədiyini də diqqətə çatdıran Ekklstoun bildirib ki, Azərbaycan Qran-Prisinə gedəcək və Barselonadakı yürüşü də qaçırmayacaq. O, yürüşləri kanadalı avarçəkən Donald Makkenzi ilə birlikdə izləyəcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.