DÜNYA
Berni Sanders ABŞ prezidenti seçkilərində iştirak etməyə hazırlaşır
Bakı, 26 yanvar, AZƏRTAC
Vermont ştatından olan senator Berni Sanders 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2016-cı il prezident seçkilərində Demokratlar partiyasından namizədlik uğrunda mübarizədə sabiq dövlət katibi Hillari Klintonun rəqibi olan siyasətçi bir neçə ay növbəti seçkilərdə iştirak etmək barədə düşünüb. Namizədliyinin bir çox Afrika əsilli amerikalı və Latın Amerikasından olan vətəndaşlar tərəfindən dəstəklənəcəyi barədə ictimai rəylər onun ümidlərini artırıb. Rəsmi olaraq müstəqil senator sayılan Sanders ABŞ prezidenti postuna Demokratlar partiyası tərəfindən namizədliyə iddialıdır.
Bundan öncə bir sıra demokratlar ABŞ-ın ali administrativ postu uğrunda mübarizəyə qoşulacağını bildirib. Onların arasında Nyu-York ştatından olan senator Kristen Cillibrand, Konqresin Nümayəndələr Palatasının Havay ştatından seçilmiş üzvü Tulsi Habbard, İndiana Ştatının Saut-Bend şəhərinin meri Pit Battiqiq, həmçinin Texas ştatının San-Antonio şəhərinin sabiq meri, Barak Obama administrasiyasında mənzil tikintisi və şəhər inkişafı naziri vəzifəsində çalışan Culian Kastro da var. Ekspertlər, həmçinin ABŞ-ın sabiq vitse-prezidenti Co Baydeni, sabiq konqresmen Beto Orurku, senatorlar Kori Bukeri (Nyu-Cersi ştatı) və Emi Klobuşarı (Minnesota ştatı) postuna mümkün iddialılar sırasında görürlər.