İQTİSADİYYAT


Bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalçılarının hüquq və vəzifələri müəyyənləşib

Bakı, 13 iyul, AZƏRTAC

Bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalçılarının hüquq və vəzifələri hansılardır?

AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, istehsalçılar aşağıdakı hüquqlara malikdirlər:

- bu Qanunla müəyyən edilmiş hallarda dəstək mexanizmlərindən istifadə etmək;

- istehsal edilmiş elektrik enerjisini satmaq;

- elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək;

- bu Qanunla müəyyən edilmiş digər hüquqlar.

İstehsalçıların aşağıdakı vəzifələri var:

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mütərəqqi texnologiyadan istifadə etmək;

- elektrik şəbəkəsinə qoşulma xərclərini ödəmək;

- bu Qanunla müəyyən edilmiş digər vəzifələr.

İstehsalçılar (gücü 10 MVt-dan çox olan su elektrik stansiyaları istisna olmaqla) balanslaşdırma məsuliyyətindən azaddırlar. İstehsalçılar yalnız öz razılıqları ilə balanslaşdırmaya cəlb oluna bilərlər və bundan irəli gələrək balanslaşdırma məsuliyyətini daşıyırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.