İQTİSADİYYAT


Bərpa olunan enerji mənbələri üzrə stansiyaların tikintisi və enerjisinin istehsalına icazə forması müəyyənləşib

Bakı, 13 iyul, AZƏRTAC

Bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və quraşdırılması, eləcə də elektrik enerjisinin istehsalına icazə forması müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və quraşdırılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilmiş torpaq sahələri (su obyektləri) istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi (su obyekti) üzərində hüquqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Su Məcəlləsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş güc həddindən yuxarı gücdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icazə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.