İQTİSADİYYAT
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmləri müəyyənləşib
Bakı, 12 iyul, AZƏRTAC
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmləri müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bu Qanunun məqsədləri üçün aşağıdakı dəstək mexanizmləri tətbiq olunur:
- bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vasitələrin tətbiqi ilə dəstəklənməsi;
- aktiv istehlakçının dəstəklənməsi;
- elmi tədqiqatların dəstəklənməsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mexanizmlər.