İQTİSADİYYAT


Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı hərraclarla seçiləcək

Bakı, 12 iyul, AZƏRTAC

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı hərraclarla seçiləcək.

AZƏRTAC xəbər verir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda bildirilir ki, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Hərrac auksion formasında keçirildiyi halda bərpa olunan enerji mənbələri ərazisində istehsal olunacaq elektrik enerjisinin zəmanətli alıcı tərəfindən satınalınması üçün ən aşağı qiymət təklifi vermiş şəxs hərracın qalibi hesab olunur. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın razılığı ilə aşağıdakı hallarda həyata keçirilir:

- dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə;

- bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda.

Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçı ilə aşağıdakı müqavilələr bağlanılır:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında investisiya müqaviləsi;

- zəmanətli alıcı arasında elektrik enerjisinin satınalma müqaviləsi;

- elektrik stansiyasının qoşulacağı şəbəkədən asılı olaraq dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında elektrik şəbəkəsinə qoşulma müqaviləsi.

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün seçilmiş istehsalçılar tərəfindən bu ərazilər üzrə təsdiq edilmiş güc həddində quraşdırılan elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasına və istehsal ediləcək elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində zəmanətli alıcı tərəfindən satınalınmasına təminat verilir. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, habelə bu Qanunun 8.4-cü maddəsinə əsasən bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilir. Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçildikdən sonra istehsalçı bu Qanunun 6-cı maddəsinə əsasən bərpa olunan enerji mənbələrinin ərazisinin əhatə etdiyi torpaq sahəsi (su obyekti) üzərində hüquqların əldə edilməsi ilə bağlı müqavilə (müqavilələr) bağlayır. Torpaq sahəsinin icarəyə götürüldüyü müddət və su obyektindən istifadə müddəti bu Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş müddətdən az olmamaqla tərəflər arasında razılaşdırılır. Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçıya bərpa olunan enerji mənbələrinin ərazisində tikintiyə və elektrik enerjisi istehsalına icazənin verilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.