İQTİSADİYYAT


Bərpaolunan enerji mənbələri 5 ildən sonra kömürdən ucuz olacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

Külək və günəş enerjisi ilə elektrik enerjisi istehsalı 5 ildən sonra kömür və təbii qazdan alınan elektrik enerjisindən daha ucuz olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “BloombergNEF”in təhlilində deyilir.

Bildirilir ki, külək və günəş enerjisi dünyanın bir çox yerində elektrik enerjisi istehsalının ən ucuz forması halına gəlib. Qarşıdakı 5 il ərzində kömür və təbii qaz istifadə olunan elektrik enerjisi stansiyalarının qurulması yeni günəş və külək enerjisi stansiyalarından daha baha başa gələcək.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən keçən həftə yayımlanan hesabatında günəş enerjisinin kömürü geridə qoyaraq ən ucuz elektrik enerjisi mənbəyi olduğunu açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.