İQTİSADİYYAT


Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edəcək

Bakı, 16 yanvar, AZƏRTAC 

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers” (PwC) konsaltinq şirkəti məlumat yayıb.

Elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələri olsa da, PwC şirkəti günəş PV (Günəş fotovoltaik) gücünün Avropa İttifaqı (Aİ), Hindistan və Çində artan güc sayəsində sürətlə yüksələcəyini gözləyir: “Mövcud tendensiyalar davam edərsə, qlobal elektrik enerjisi sektorunda günəş PV gücü 2023-cü ildə təbii qazı və 2024-cü ildə kömürü geridə qoyacaq. Avropa İttifaqının Yeni Yaşıl Enerji müqaviləsi kimi karbon emissiyalarının qarşısını almaq üzrə regional cəhdləri və Paris müqaviləsi kimi beynəlxalq müqavilələr qarşıdakı onilliklərdə əhəmiyyətli dərəcədə yaşıl infrastruktur investisiyaları tələb edəcək. Ətraf mühit layihələrini birbaşa maliyyələşdirmək üçün istifadə olunan yaşıl istiqrazlar hazırda qlobal sabit gəlirli bazarın 5 faizdən azını təşkil edir. 2021-ci ildə ümumi yaşıl istiqraz buraxılışlarının ilk dəfə yarım trilyon ABŞ dollarını üstələyəcəyi gözlənilir. Bu tendensiyaya maliyyə alətlərinə standartlaşdırma səviyyəsini gətirməsi gözlənilən Aİ-nin Yaşıl İstiqraz Standartı daha çox kömək edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.