CƏMİYYƏT


Beş avtomobildən ümumilikdə 1240 manat məbləğində pul və sənədlər oğurlayan şəxs tutulub

Bakı, 2 iyun, AZƏRTAC

Oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri törətdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulan E.Şirinzadə ilə bağlı araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində onun rayon ərazisində beş avtomobildən ümumilikdə 1240 manat məbləğində pul və sənədlər oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.