CƏMİYYƏT


Beş ay ərzində 23 min 684 cütlük nikaha daxil olub

Bakı, 17 iyul, AZƏRTAC 

Cari ilin beş ayı ərzində 23 min 684 nikah və 7082 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 709 nəfər Azərbaycana gələn, 597 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 112 nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.