İQTİSADİYYAT
Beş ayda 27 milyon 170 min 818,98 manat məbləğində sığorta haqqı toplanmışdır
Bakı, 28 iyun (AZƏRTAC). 2013-cü ilin ilk 5 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 370 min 718 sığorta müqaviləsi bağlanmış və 27 milyon 170 min 818,98 manat məbləğində sığorta haqqı toplanmışdır.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirmişlər ki, icbari qaydada sığortalanmış avtonəqliyyat vasitələrinin 274 min 125-i bir il müddətinə, 96 min 593-ü isə ölkə ərazisinə tranzit məqsədilə daxil olduğu vaxtdan etibarən 1 ay müddətinə sığortalanmışdır.
Toplanılan sığorta haqlarının 5 milyon 477 min 596,5 manatı (20,16 faiz) hüquqi şəxslərə, 21 milyon 693 min 222,48 manatı (79,84 faiz) fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortalanmasından əldə olunmuşdur.