REGİONLAR


Beş ayda 63,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər əkilib

Bakı, 22 iyun, AZƏRTAC

Ölkədə yaz-tarla işləri davam etdirilir. Cari ilin yanvar-may aylarında 382,6 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az yazlıq bitkilərin səpini aparılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 63,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 29,3 min hektarı dən üçün qarğıdalı), 54,7 min hektar sahədə kartof, 64 min hektar sahədə tərəvəz, 20 min hektar sahədə bostan bitkiləri, 104,3 min hektar sahədə pambıq, 11,4 min hektar sahədə dən üçün günəbaxan, 5 min hektar sahədə şəkər çuğunduru, 2,2 min hektar sahədə tütün, 55,3 min hektar sahədə çoxillik otlar, 1000 hektar sahədə birillik otlar və 1,3 min hektar sahədə digər yazlıq bitkilər əkilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.