İQTİSADİYYAT


Beş ayda 85,5 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib

Bakı, 19 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 5 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 85,5 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 81,5 faiz artıb.

Hesabat dövründə ötən ilin yanvar-may aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 26,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 69,7 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 64,1 faiz, məişət soyuducularının istehsalı isə 42,6 faiz çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.