İQTİSADİYYAT
Beş ayda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib
Bakı, 27 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 780 milyon 793 min ABŞ dolları, Türkiyə ilə 1 milyard 169 milyon 500 min ABŞ dolları, Rusiya ilə isə 919 milyon 285 min ABŞ dolları dəyərində olub.
Yanvar-may aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 651 milyon 475 min ABŞ dolları, İsrailə 614 milyon 946 min ABŞ dolları, Türkiyəyə isə 562 milyon 226 min ABŞ dolları dəyərindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]