İQTİSADİYYAT


Beş ayda “Azexport.az” portalına 215 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

Bakı, 1 iyul, AZƏRTAC

Cari ilin yanvar-may aylarında “Azexport.az” portalına 215 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla bildirir ki, bu ilin mayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 milyon dollardır. Mayda “Azexport.az” portalına edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və sair məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvarından bu il mayın 31-dək (65 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.