İQTİSADİYYAT


Beş ayda əsas kapitala 4,9 milyard manat yönəldilib

Bakı, 11 iyun, AZƏRTAC

Yanvar-may aylarında əsas kapitala 4 milyard 907 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 7,9 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 3 milyard 392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.