İQTİSADİYYAT


Beş ayda neft-qaz sektoruna 2,2 milyard manat yönəldilib

Bakı, 17 iyun, AZƏRTAC

Yanvar-may aylarında neft-qaz sektoruna 2 milyard 287,9 milyon manat yönəldilib. Ötən ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 2,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda neft-qaz sektorunda 11 milyard 614,5 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 5,2 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,7 faiz geriləyib.

Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda istehsal edilib. May ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,8 faiz təşkil edib. Əvvəlki aya nisbətən mayda istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə 106,3 faiz olub.

Mayın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər çalışıb. Yanvar-aprel aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3209,2 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.