İQTİSADİYYAT


Beş ayda ölkəyə 31,2 mindən çox avtomobil idxal olunub

Bakı, 24 may, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycana 318 milyon 139 min ABŞ dolları dəyərində 31 min 220 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 51-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 28 min 840-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2286-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 43-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.