İQTİSADİYYAT


Beş maliyyə qurumu "Bank Ombudsmanı" ilə razılığa gəlib

Bakı, 19 sentyabr, AZƏRTAC

Dörd bank və bir bank olmayan kredit təşkilatı (BOKT) "Bank Ombudsmanı" ilə müqavilə imzalayıb.

Bank Ombudsmanı"nın məsul katibi Elçin Həsənov AZƏRTAC-a bildirib ki, "Kapital Bank" ASC, "AFB Bank" ASC, "Paşa Bank" ASC, "AtaBank" ASC və "Aqrarkredit" BOKT da müraciətlərə "Bank Ombudsmanı" tərəfindən baxılması üçün razılıq vermək haqqında bəyannaməni imzalayıblar.

Onun sözlərinə görə, banklarla əvvəlcədən bu məsələ ətrafında danışıqlar aparılırdı və banklarda fəaliyyət göstərən hüquqşünaslar bəyannamə ilə daha yaxından tanış olmaq üçün vaxt istədiklərini bildiriblər.

E.Həsənov bankların "Bank Ombudsmanı" ilə razılığa gəlmələrində təbliğatın da böyük rolunun olduğunu qeyd edib. Belə ki, "Bank Ombudsmanı"nın saytının fəaliyyətə başlaması, bu barədə televiziyalarda xəbərlərin, verilişlərin efirə getməsi ictimaiyyəti və eləcə də bankları bu qurumla daha yaxından maraqlanmağa sövq edib.

Qurumun məsul katibi bildirib ki, "Bank Ombudsmanı" ilə bəyannamə imzalayan bankların sayında yenə də artım gözlənilir.

Hazırda 23 bank və 1 bank olmayan kredit təşkilatının (BOKT) "Bank Ombudsmanı" ilə müqaviləsi var.

Qeyd edək ki, "Bank Ombudsmanı"nın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağının aprelin 3-də keçirilən iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda "Bank Ombudsmanı"nın əsasnaməsi və reqlamenti təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.