DÜNYA


Beş ölkənin minədək gəmisində yoxlama aparılacaq

Beş ölkənin minədək gəmisində yoxlama aparılacaq

Bakı, 27 mart, AZƏRTAC

Kuk adaları, Palau, Sierra Leone və Toqonun bayraqları ilə üzən 1000-dək gəmi qarşıdakı iki ay ərzində Aralıq dənizində Beynəlxalq Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (ITF) müfəttişləri tərəfindən gəmilərin təhlükəsizliyi, texniki xidmət və heyətlərin rifahı ilə bağlı hərtərəfli yoxlamadan keçəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, son iki ildə 100-dən çox gəminin heyət üzvünə ödəməmiş milyonlarla dollarlıq əməkhaqqı borcları var.

ITF-in təftiş koordinatoru Steve Trousdale bildirib ki, Aralıq dənizində keyfiyyətsiz dəniz üzgüçülüyü dənizçilərin əməkhaqqını və iş şəraitini pisləşdirir, heyətin həyatını təhlükəyə atır və ətraf mühitə təhlükə yaradır. Bu bayraqlarla üzən gəmilərin çoxu köhnədir və sahibləri tərəfindən pis təmir olunur. Üstəlik, bir çox gəmilər təhlükəlidir və ticarət üçün istifadə edilməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.