İDMAN


Beş sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Bakı, 14 fevral, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, beşinci yarış günündə - fevralın 14-də sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Millimizin üzvü Əfqan Xaşalov (57 kq) fransalı Valentin Damur, Əli Rəhimzadə (65 kq) Gürcüstan güləşçisi Vladimir Xinceqaşvili, Ağahüseyn Mustafayev (70 kq) ermənistanlı Gevorq Mxeyan, Cəbrayıl Həsənov (79 kq) gürcüstanlı Nika Kentçadze, Nurməhəmməd Hacıyev (97 kq) Macarıstan idmançısı Pavel Oleynik ilə qarşılaşacaq.

Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.