DÜNYA


Bəşər tarixində ən varlı insanın adı açıqlanıb

Bakı, 1 fevral, AZƏRTAC

Alimlər ictimaiyyətə orta əsrlərə aid “Kataloniya atlası” əlyazmasını təqdim ediblər. “Live Science”ın məlumatına görə, əlyazmada Yerin mərkəzində tarixdə ən varlı insan təsvir edilib.

AZƏRTAC “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, XIV əsrə aid nadir atlas ABŞ-ın Şimal-Qərb Universitetinin İncəsənət Muzeyində açılan sərgidə təqdim edilib. 1375-ci ildə Aralıq dənizinin Mayorka adasında tərtib edilən xəritədə Afrikanın orta əsrlərdə nəhəng sərvətindən və nüfuzundan danışılır. Xəritədə tarixdə ən varlı insan hesab edilən Mali imperiyasının hökmdarı Mansa Musa təsvir edilib. O, regionda qızıl hasilatına bütünlüklə nəzarət edib. Həmin dövrlərdə isə Mali qızılı ən təmiz idi və ona böyük tələbat vardı.

“Bu gün kiminsə onun qədər var-dövlətə sahib olmasını təsəvvürə gətirmək çox çətindir. İmperiyasının bütün sərvətləri Musa üçün əlyetərli idi”, - deyə muzeyin əməkdaşı Bikford Berzok bildirib.

Mali qızılı, xüsusən XIV əsrdə hakim mövqe tutan valyutanın - dinarların zərb edilməsində istifadə olunurdu. Həmin sikkələrin məhz Musanın qızıllarından kəsilməsi bu yaxınlarda şifri açılmış o dövrün ərəb mətnlərində aşkar edilib.

Musa tarixdə qızılın qiymətini təkbaşına nizamlayan yeganə insan hesab olunur. Onun 1324-1325-ci illərdə Məkkədə Həcc ziyarətini necə icra etməsi barədə əhvalat məlumdur. Hökmdar yolboyu yoxsullara çoxlu qızıl paylayıb və böyük məbləğdə vəsaitə mallar alıb. Bu, o dövrdə iri şəhərlərdə qızılın devalvasiyasına gətirib çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.