İDMAN
“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir
Bakı 10 yanvar, AZƏRTAC
Türkiyənin “Beşiktaş” klubu İtaliyanın “Milan” komandasının gənc yarımmüdafiəçisi Alen Xaliloviçin xidmətlərindən yararlanmaq niyyətindədir.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçunun agenti hazırda İstanbulda danışıqlar aparır.
Xorvatiyalı futbolçu ötən mövsüm icarə əsasında İspaniyanın “Las-Palmas” komandasında oynayıb. İyirmi iki yaşlı yarımmüdafiəçi əvvəllər “Dinamo Zaqreb”, “Barselona” və “Hamburq” klublarında çıxış edib. 2013-cü ildən Xorvatiya millisinə dəvət olunan futbolçu 10 oyunda meydana çıxıb.