İDMAN


“Beşiktaş” klubu “Portu”nun hücumçusunu transfer etməyə yaxındır

Bakı, 25 sentyabr, AZƏRTAC

Türkiyənin “Beşiktaş” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul təmsilçsi “Portu”dan Vensan Abubakarı transfer etməyə yaxındır. 28 yaşlı hücumçunun “Beşiktaş” üçün tibbi müayinədən keçdiyi bildirilib. Kamerunlu futbolçu ilə 1+1 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Abubakar 2016-2017-ci il mövsümündə də “Beşiktaş”da çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.