İDMAN


“Beşiktaş” klubu Xames Rodrigeslə razılıq əldə edib

“Beşiktaş” klubu Xames Rodrigeslə razılıq əldə edib

Bakı, 30 mart, AZƏRTAC

Kolumbiyalı futbolçu Xames Rodrigesin yeni komandası açıqlanıb.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı oyunçu növbəti mövsümdən “Beşiktaş”ın formasını geyinəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rodrigeslə İstanbul təmsilçisi arasında ilkin razılıq əldə olunub. O, “Beşiktaş”a azad agent kimi gələcək. Kolumbiyalı futbolçunun hazırda şərəfini qoruduğu “Olimpiakos”la müqaviləsi mövsümün sonunda bitəcək.

Qeyd edək ki, “Real”, “Bavariya”, “Monako” və “Portu” kimi klubların formasını geyinmiş Xames Rodriges bu mövsüm Yunanıstan təmsilçisinin heyətində 21 oyuna 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.