İDMAN


“Beşiktaş” portuqaliyalı müdafiəçi ilə yollarını ayırmaq qərarına gəlib

Bakı, 19 iyun, AZƏRTAC

İstanbulun “Beşiktaş” futbol klubu cari mövsümün əvvəlində heyətinə cəlb etdiyi Pedro Reboş ilə yollarını ayırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı portuqaliyalı müdafiəçi ilə müqaviləni uzatmayıb. P.Reboş müqavilə ilə məxsus olduğu Fransanın “Genqam” klubuna qayıdıb.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi İstanbul təmsilçisinin heyətində ümumilikdə 17 matçda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.