İDMAN


“Beşiktaş” qələbə qazanaraq Türkiyə çempionu olub

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də futbol üzrə Türkiyə çempionatının sonuncu turunda "Qalatasaray" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 3:1 hesabı ilə qalib gəlib.

"Beşiktaş" isə doğma meydanda "Göztəpə"ni 2:1 hesabı ilə məğlub edib.

"Fənərbağça" səfərdə "Kayserispor"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, bu qələbədən sonra "Beşiktaş" 84 xal toplayaraq Türkiyə Superliqasında çempion olub. Onunla eyni xal toplayan, lakin top fərqinə görə geridə qalan "Qalatasaray" ikinci, 82 xala malik olan "Fənərbağça" isə üçüncü olub.

Superliqanı tərk edən klublar isə "Ərzurumspor", "Ankaragücü" və "Dənizlispor" olub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Ankaragücü" - "Alanyaspor" - 0:1;

"Antalyaspor" - "Konyaspor" - 0:0;

"Fatih Karagümrük" - "Dənizlispor" - 5:1;

"Hatayspor" - "Qaziantep" - 0:1;

"Rizəspor" - "Başakşəhər" - 0:2;

"Sivasspor" - "Kasımpaşa" - 2:1;

"Trabzonspor" - "Gənclərbirliyi" - 2:1:

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.