MƏDƏNİYYƏT


Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb

Bakı, 18 fevral, AZƏRTAC

Buktreyler Festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri festivalın təsisçisi və direktoru Ruslan Sabirli Beşinci Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat verərkən bildirib.

“Festivalda iştirak etmək çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edə bilər. Həmçinin dördüncü Buktreyler Festivalından start verdiyimiz “Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala müraciət edə bilər”,- deyə R.Sabirli vurğulayıb.

Bildirib ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi aprelin 1-də başa çatır.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə “Azercell” şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az  internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.