ELM VƏ TƏHSİL


Beşinci ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar üzrə 3924 plan yer ayrılıb

Bakı, 16 avqust, AZƏRTAC

Beşinci ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar üzrə 3924 plan yer ayrılıb. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlərin sayı isə 8921 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən canlı yayımda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, komissiyalar üzrə müsabiqə vəziyyəti fərqlidir. 14-cü komissiyanın dizayn ixtisası üzrə 355 plan yeri ayrılıb. 677 abituriyent isə qabiliyyət imtahanından məqbul qiymət alıb.

61-ci komissiyanın (Bakı) məşqçilik ixtisası üzrə 1275 plan yeri ayrılıb. 2431 abituriyent qabiliyyət imtahanında məqbul qiymət alıb.

Dövlət İmtahan Mərkəzinin saytının fəaliyyət-bakalavriat-faydalı bölməsində hər komissiya üzrə plan yeri və müsabiqə iştirakçılarının sayı ötən illə müqayisəli şəkildə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.