ELM VƏ TƏHSİL


Beşinci siniflər üçün “Azərbaycan dili” dərsliyi müzakirə olunmuşdur

Bakı, 5 fevral (AZƏRTAC). “Azərbaycan dili” dərsliyinin və müəllim üçün metodiki vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinin (dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından) və müəllim üçün metodiki vəsaitin müzakirəsi aparılmışdır.

Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri, eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrində həmin bölgələrdən olan müəllimlər internet vasitəsi ilə videobağlantı əsasında fikirlərini açıqlamışlar.

Dərslik və müəllim üçün metodiki vəsaitlə bağlı yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.