ELM VƏ TƏHSİL
Beşinci siniflər üçün “Riyaziyyat” dərsliyinin müzakirəsi aparılmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Riyaziyyat fənni üzrə dərslik və müəllim üçün metodiki vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Riyaziyyat” dərsliyinin (dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından) və müəllim üçün metodiki vəsaitin müzakirəsi aparılmışdır.
Müzakirədə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifləri Nayma Qəhrəmanova və Famil Hüseynov, Dərsliklərin Qiymətləndirmə Şurasının ekspertləri, Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişlər.