MƏDƏNİYYƏT


Bəşşar Nəsimi: Nəsimi nəslinin nümayəndəsi kimi çox şadam ki, Azərbaycanda belə bir festival keçirilir

Bakı, 29 sentyabr, AZƏRTAC

Nəsimi poeziyasına həsr olunmuş bu festival çox gözəl bir ənənədir. Ötən il də Azərbaycana gəlmişdim. Nəsimi nəslinin nümayəndəsi kimi çox şadam ki, Azərbaycan hökuməti Nəsiminin poeziyasına, həyatına diqqət yetirir və ona həsr olunmuş belə mötəbər bir festival keçirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nəsimi nəslinin nümayəndəsi Bəşşar Nəsimi söyləyib.

O, ölkə Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya belə möhtəşəm tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

“Nəsimi böyük bir filosof, İslam şairi olub. İslam poeziyası üçün böyük işlər görüb və İslam alimi, mövliyası kimi Hələbdə dəfn olunub. Nəsiminin əsərlərində ifadə olunan ideyalar ətrafında keçmişi və müasir dövrü bir araya gətirən, dünyadakı müxtəlifliklərə baxmayaraq bütün həyatın birliyini və İlahi mənbəyə çatmaq üçün əsas insan potensialının əhəmiyyətini önə çəkən festival böyük əhəmiyyət kəsb edir. Həmçinin insanları gələcəyə aparan yola işıq saçır”, - deyə Bəşşar Nəsimi vurğulayıb.

O, həmçinin bildirib ki, təhsilini Bakıda tibb üzrə alıb. Hazırda həkim kimi çalışmaqla yanaşı, şairin Hələbdəki məzarına nəzarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.