İQTİSADİYYAT


“Bestcomp Group” Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları üçün təqdimat keçirib

Daşkənd, 22 oktyabr, АZƏRTAC

Özbəkistan paytaxtında “Bestcomp Group” beynəlxalq şirkətlər qrupu dünyanın aparıcı IT şirkətləri və Azərbaycan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstandan olan tərəfdaşlarının iştirakı ilə təqdimat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, “Bestcomp Group” şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya bölgəsində dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distribütoru, IT və sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, şirkətlərə mövcud olduqları ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir. 120-dən çox tərəfdaş şirkətin qatıldığı təqdimat konfransında iştirak edən “Bestcomp Group”un müşahidə şurasının sədri Rauf Həsənov özbək və Azərbaycan xalqlarının qardaşlığı, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, həmçinin “Bestcomp Group”un fəaliyyəti və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları seqmentində tərəfdaşlıq münasibətlərinin strategiyası və inkişafını xüsusilə vurğulayıb.

Şirkətin Mərkəzi Asiyada regional ofisinin baş direktoru Xəlil Ələkbərov “Bestcomp Group”un böyük texnoloji imkanlarından və tərəfdaşlar üçün yaradılan imkanlardan danışıb.

Konfransın rəsmi hissəsində dünyanın qabaqcıl IT şirkətlərinin aparıcı menecerləri bu sahədə olan son yeniliklər, sistem inteqrasiyası və informasiya təhlükəsizliyi sahəsindəki maraqlı yeni metodlar haqqında danışıblar. Tədbirdə Mərkəzi Asiya ölkələrindəki tərəfdaşlar üçün təşviqedici proqram elan edilib. Belə ki, proqramın qalibləri 2020-ci ilin iyununda Formula 1 Qran-Prisində iştirak etmək üçün Bakıya dəvət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.