MƏDƏNİYYƏT


Bəstəkar Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş elmi-konfrans və kamera konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkar Elnarə Dadaşovanın zəngin yaradıcılığından danışıb. Bildirib ki, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış E.Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edib.

Sonra Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş məruzələr dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.