MƏDƏNİYYƏT
Bəstəkar Fərəc Qarayevin əsəri Moskva Konservatoriyasında səsləndiriləcək
Bakı, 29 avqust, AZƏRTAC
Sentyabrın 29-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Kiçik zalında P.İ.Yurqenson Fondunun yaradıcısı Boris Yurqensonun (1949-2015) yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək. Konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin də əsəri daxil edilib.
AZƏRTAC bəstəkarın saytına istinadla xəbər verir ki, konsertdə professor Fərəc Qarayevin fortepiano, klarnet və simli kvartet üçün “Postlüdiya – VIII” əsəri səsləndiriləcək. Əsər “Yeni musiqi studiyası” ansamblı tərəfindən ifa ediləcək. Konsert barədə məlumat, həmçinin Moskva Dövlət Konservatoriyasının saytında yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]