MƏDƏNİYYƏT


Bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının, Azərbaycan radiosunun və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və fəaliyyətindən söz açıb.

Konsertdə “Çılğın Xəzərim”, “Fəvvarələr şəhəri”, “Səssizlik balladası”, “Şəhla gözlüm”, “Soruşma”, “Vals”, “Qəlbimin səsi”, “Səninəm”, “Dəymərəm qəlbinə”, “Ey gül”, “Mənim tək yanan harada var”, “Lirik fantaziya”, “Gerçək yuxum”, “Vətənə doğru” əsərləri səsləndirilib.

Gecədə Əməkdar artistlər Zaur Əmiraslanov, Aygün Bəylər, Lalə Məmmədova, Aqşin Abdullayev, eləcə də Pikə Axundova, Zabitə Alıyeva, Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev çıxış ediblər.

İfaçıları Fərhad Qarayusiflinin rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun T.Əhmədov adına estrada-simfonik orkestri müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.