MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqı növbəti elmi-praktik konfransına hazırlaşır
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri Əməkdar incəsənət xadimləri Zemfira Qafarova və Cəlal Abbasovun, eləcə də Əməkdar incəsənət xadimi Akif Quliyev, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının görkəmli bəstəkarın həyat və yaradıcılığı ilə bağlı mühazirələri dinləniləcək.
Konfrans çərçivəsində bəstəkarın “Tar ilə simfonik orkestr üçün konsert”dən bir hissə və “Vətənimdir” romansı səsləndiriləcək.
Həmçinin, Şuşa musiqi məktəbinin şagirdləri bəstəkarın əsərlərini ifa edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]