MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında ötən il görülən işlərin yekununa həsr olunan toplantı keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyəti üzvlərinin 2020-ci il pandemiya dövründə görülən işlərlə bağlı toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə tanınmış bəstəkarların yubileyləri keçirilən, əsərləri səslənən Üzeyir Hacıbəyli adına kamera musiqisi zalında pandemiya ilə əlaqədar olaraq tədbirlərə məhdudiyyətlərin tətbiq edildiyini bildirib: “2020-ci il bizim üçün tək pandemiya deyil, həm də qələbə ili olub. İkinci Qarabağ müharibəsində 44 günlük mübarizədən sonra Azərbaycan xalqı qələbə çalaraq uzun illərin yurd həsrətinə son qoyub. 

Bəstəkar İmruz Əfəndiyeva, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova və başqaları çıxış edərək karantin məhdudiyyətlərinin tətbiq olunduğu ötən il ərzində yaradıcılıq ittifaqının gördüyü işləri yüksək qiymətləndiriblər. Vurğulanıb ki, Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsini və həmin qələbənin qazanmasında pay sahibi olan qəhrəmanları vəsf edən musiqi əsərlərinin qələmə almasına diqqəti artırmaq lazımdır.

Toplantıda ötən il pandemiya dövründə görülən işlərlə bağlı hesabat dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.