MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında tanınmış ədəbiyyatşünas alimlə görüş keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, ədəbiyyatşünas Tərlan Quliyevlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə reallaşan “Mədəniyyətimiz, mənəviyyatımız: Yaxın, uzaq tarix - Dədə Qorqud” adlı tədbirdə qurumun sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək alimin həyat və yaradıcılığından söz açıb.

T.Quliyevin pedaqoji fəaliyyətindən söz açan natiq onun yaradıcılığını yüksək qiymətləndirib. Alimin son illərdə işıq üzü görmüş “Dədə Qorqud” kitabı haqqında qonaqlara məlumat verən F.Əlizadə ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, BMA-nın prorektoru Gülnaz Abdullayeva və başqaları alimin yaradıcılığından söz açıb, ona pedaqoji və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir diskussiya ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.