REGİONLAR
Bəstəkarlar İttifaqının katibi: Bu gün Şuşada Üzeyir Hacıbəylinin ad gününü bayram edirik
Şuşa, 18 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Biz işğaldan əvvəl Şuşaya tez-tez gələrdik, burada Bəstəkarlar İttifaqının tədbirlərində çox olmuşam. Üzeyir bəyin 90 illiyində, 100 illiyində də iştirak etmişəm. Bu gün isə özumu daha çox xoşbəxt hiss edirəm.
Bu sözləri sentyabrın 18-də AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova sözləyib.
“Bu torpaqlarda bizim dahilərimiz yetişib. Bu gün Şuşada Üzeyir Hacıbəylinin ad gününü bayram edirik. Bu sevinci bizə bəxş edən Prezidentimizə təşəkkürümüzü bildiririk. Allah qəhrəman əsgərlərimizə cansağlığı versin, şəhidlərimizə isə rəhmət eləsin”, -deyə Zemfira Qafarova əlavə edib.