İDMAN


Bəxtiyar Abbasov peşəkar rinqdə növbəti görüşünü ukraynalı idmançıya qarşı keçirəcək

Bəxtiyar Abbasov peşəkar rinqdə növbəti görüşünü ukraynalı idmançıya qarşı keçirəcək

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın və “Qəbələ” idman klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz martın 5-də Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edəcək.

O, ukraynalı Aleksandr Boyko ilə üz-üzə gələcək. Ukraynalı idmançı peşəkar rinqdə 20 döyüş keçirib və bunlardan 12-də qalib gəlib. B.Abbasovun 12-si qələbə və 4-ü məğlubiyyət olmaqla 16 döyüş keçirib. İyirmi doqquz yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.