İDMAN


Bəxtiyar Quliyev: Avrasiya çempionatının gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən söyləmək olar

Bakı, 23 iyun, AZƏRTAC

Bakıda təşkil olunacaq güc idman növləri üzrə Avrasiya çempionatında əsasən yaxın ölkələrdən idmançıların iştirakı nəzərdə tutulub. Yarışın keçirilməsində məqsəd çempionatdan sonra idmançılarımızın çıxışını dəyərləndirmək və təcrübələrinin artırılmasından ibarətdir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev deyib.

Federasiya rəsmisi bildirib ki, çempionatda iştirak edəcək ölkələrin milli federasiyaları ilə əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Həmçinin ölkəmizdə təşkil ediləcək güc idman növləri üzrə növbəti yarışlarla bağlı fikir mübadiləsi aparılacaq. Həftəsonu keçiriləcək Avrasiya çempionatında Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Latviya və İrandan 170-dən artıq atlet iştirak edəcək. Yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən söyləmək olar. Yarışa göstərdiyi dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gələcəkdə nazirliyin dəstəyi ilə çempionat daha geniş miqyasda təşkil olunacaq.

Qeyd edək ki, iyunun 24-26-da keçiriləcək çempionatda idmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda güclərini sınayacaqlar.

Turnirin təntənəli açılış mərasimi iyunun 25-də saat 16:00-da keçiriləcək. Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.