İDMAN


Bəxtiyar Quliyev: Bakıda keçirilən güc idman növləri üzrə Avrasiya çempionatının ənənəvi hal almasını planlaşdırırıq

Bakı, 25 iyun, AZƏRTAC

Yarışa Avrasiya ölkələrindən idmançılar dəvət olunub. Pandemiya səbəbindən yarışa az sayda ölkədən atletlər qatılıb. Quru yolların bağlı olması turnirin iştirakçılarının sayına təsir etdi.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev güc idman növləri üzrə Avrasiya çempionatının açılış mərasimindən sonra deyib.

Federasiya rəsmisi bildirib ki, çempionatda idmançılar pauerliftinq və stronqmen idman növlərində istifadə olunan hərəkətlər üzrə mübarizə aparırlar. Hər çəki dərəcəsində qaliblər müəyyənləşəcək və 55 dəst medal sahibini tapacaq. Qaliblərə qiymətli hədiyyələr və pul mükafatı təqdim olunacaq. Turnirin keçirilməsində məqsəd ən güclü idmançılarımızın müəyyənləşdirilməsidir. Belə ki, həmin idmançılar ölkəmizi beynəlxalq arenada təmsil etmək hüququ qazanacaqlar.

"Turnirin ənənəvi hal almasını planlaşdırırıq. Gələcəkdə yarışın daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur", - deyə B.Quliyev əlavə edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı mübarizə aparır. İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə güclərini sınayırlar. Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.